Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 135,26 mln. manatı ilkin bazarın, 860 mln. manatı isə təkrar bazarın payına düşüb. İlkin bazarın 34,16 mln. manatı dövlət istiqrazları, 101,1 mln. manatı isə Milli Bankın qısamüddətli notları hesabına formalaşıb.
Hesabat ayında təkrar bazarda dövlət istiqrazları ilə ticarətin həcmi 23,9 mln. manat, Milli Bankın qısamüddətli notları ilə 24,7 mln. manat, korporativ istiqrazlarla isə 2,14 mln. manat təşkil edib. Milli Bankın qısamüddətli notları ilə həyata keçirilmiş repo əməliyyatlarının həcmi isə 809,3 mln. manata bərabər olub.
Həmçinin, cari ilin yanvar ayı ərzində 1,2 mln. manat məbləğində ipoteka krediti üzrə 14 ipoteka kağızının dövlət qeydiyyatı həyata keçirilib.
Hesabat dövrü ərzində investorların hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq, QKDK-ya 65 səhmdar cəmiyyəti üzrə 26 şikayət ərizəsi daxil olub və Komitə tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən 600 manat məbləğində ikisi səhmdarların hüquqlarının müdafiəsi, biri isə lotereya haqqında qanunvericiliyin pozulmasına görə ümumilikdə üç inzibati cərimə tətbiq edilib.
Yanvarda qüvvədə olma müddəti bitdiyinə görə, bir peşəkar iştirakçının xüsusi razılığı (lisenziyası) etibarsız sayılıb və bununla da, qüvvədə olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsinə xüsusi razılıqların (lisenziyaların) sayı 32 ədəd təşkil edib. Bundan başqa, QKDK tərəfindən qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşğul olmaq üçün beş ixtisas şəhadətnaməsi verilib.
Borc qiymətli kağızlar bazarı üzrə göstəricilər | |||
Qiymətli kağızların növləri | Yanvar,2009 | Yanvar,2008 | Fərq (dəfə) |
Korporativ istiqrazların emissiyası | - | 1 | - |
Korporativ istiqrazlar (alqı-satqı əqdləri) | 2,14 | 0,067 | 31,9 |
Dövlət istiqrazları (yerləşdirmə) | 34,16 | 10,1 | 3,4 |
Dövlət istiqrazları (alqı-satqı əqdləri) | 23,9 | - | - |
Milli Bankın notları (yerləşdirmə) | 101,1 | 213,9 | - 2,1 |
Milli Bankın notları (alqı-satqı əqdləri) | 24,7 | 66,9 | - 2,7 |
Milli Bankın notları (repo/əks-repo) | 809,3 | 323,4 | 2,5 |
Veksel | - | 2,2 | - |