Bank Of Baku

Azərbaycanın ilk regional bankı Bakıda şöbəsini açıb

Azərbaycanın ilk regional bankı Bakıda şöbəsini açıb
# 10 fevral 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankı (SKB) Bakı şəhərində ilk şöbəsini açıb. Bankın Bakı şöbəsinin direktoru Elnur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni şöbə paytaxtın Azadlıq prospekti,70 ünvanında yerləşir.
E.Hacıyev bildirib ki, bu şöbə vasitəsi ilə müştərilər bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, kommunal və mobil rabitə xidmətləri üzrə ödənişlər, depozitlərin qəbulu və sürətli pulköçürmə əməliyyatları həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda bankın «Şəmkir», «Kəpəz», «Gəncə» filialları var.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır və baş ofisi Gəncə şəhərində yerləşir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 30,916 mln. manat, kredit portfeli 24,863 mln. manat, depozit portfeli 2,366 mln. manat, məcmu kapitalı 11,207 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR