Bank Of Baku

«Paşa Sığorta» şirkəti daha bir bankın tibbi sığortaçısı olacaq

«Paşa Sığorta» şirkəti daha bir bankın tibbi sığortaçısı olacaq
# 11 fevral 2009 06:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin bu ilin iyun ayında ölkədəki daha bir bankın işçilərinin tibbi sığortaçısı elan olunacağı gözlənilir.
Şirkətin baş direktoru Nofəl Rzayevin «APA-Economics»ə verdiyi məlumata görə, bununla da şirkətin tibbi sığorta üzrə əməkdaşlıq etdiyi bank təşkilatlarının sayı 5-ə çatacaq. «Azərbaycanda bəzi bank təşkilatları var ki, tibbi sığorta üzrə mövcud sığortaçılardan imtina edib bizimlə işləməyə üstünlük verir. Artıq bu ilin iyun ayında daha bir bank bizimlə əməkdaşlığa başlayacaq. Ümumiyyətlə, bu il ərzində bir çox bank təşkilatı «Paşa Sığorta» şirkətinin müştərisi ola bilər. Bu isə «Paşa Sığorta»nın ölkənin sığorta bazarında tibbi sığorta, eyni zamanda digər sığorta növləri üzrə ixtisaslaşdığını və uğur qazandığını göstərir», - deyə N.Rzayev bildirib.
Qeyd edək ki, hazırda şirkət «Paşa Bank», «Azərdəmiryolbank», «Bank Respublika» və «Bank of Baku»nun işçilərinin tibbi sığortaçısıdır.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişlər isə 0,94 mln. manat olub. Şirkətin respublika üzrə məcmu daxilolmalarda xüsusi çəkisi 4,71%, ödənişlərdə isə 1,89% təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat olub. Hazırda şirkətin Sumqayıt və Xırdalan filialları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR