Bank Of Baku

AGBI indeksi 0,9552, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9552, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 11 fevral 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0451 bənd və ya 4,51% azalaraq 2009-cu ilin fevral ayının 11-nə 0,9552 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin kəskin azalması yanvarın 10-da 10305020S seriyalı istiqraz buraxılışı üzrə 10 mln. manat həcmində ödənişin aparılması və dövriyyədən çıxarılması və həmin gün 10300922S seriyalı 623,4 min manatlıq istiqrazların yerləşdirilməsi ilə əlaqəlidir. Bunun nəticəsində dövriyyədə olan istiqrazların məcmu həcmi 9 376,6 min manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR