Bank Of Baku

PricewaterhouseCoopers: Böhrandan sonra Qərbdən Şərqə kapital axını kəskin artacaq

PricewaterhouseCoopers: Böhrandan sonra Qərbdən Şərqə kapital axını kəskin artacaq
# 11 fevral 2009 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranından sonra dünya maliyyə xidmətləri bazarını ciddi dəyişikliklər gözləyir. «APA-Economics»in məlumata əsasən, bu barədə «PricewaterhouseCoopers» beynəlxalq audit və konsaltinq şirkətinin məruzəsində deyilir.
Sənədə əsasən, böhrandan sonra maliyyə sistemi kapitalın Şərq ölkələri və bazarlara axının kəskin artması, bank sisteminin həcmlərinin azalması, onun tənzimləməsinin sərtləşməsi və vergi yükünün artması ilə səciyyələnəcək. Ən ciddi problemlər isə inkişaf etmiş ölkələr, xüsusən də ABŞ-ın maliyyə bazarlarında müşahidə olunacaq.
«PricewaterhouseCoopers»in ekspertləri əmindir ki, inkişafda olan ölkələr artıq öz əhəmiyyətini dərk edərək Qərbin maliyyə hegemoniyasını sual altına qoyub. Yaxın gələcəkdə dünya maliyyə bazarlarında ən mühüm investorlar kimi suveren (dövlət) fondlar, həmçinin Çin və Fars körfəzi ölkələri banklarının olacağı hesab edilir.
Maliyyə qurumlarının daxili strukturlarına gəldikdə, «PricewaterhouseCoopers» hesab edir ki, burada maliyyə təhlili üzrə məsuliyyətin artırılması, daxili və dövlət nəzarətinin gücləndirilməsi nəticəsində banklar və investisiya fondları sistemlərinin fəallığı və miqyası azalacaq. Bundan əlavə, hazırda bir sıra inkişaf etmiş ölkələrin hökumətləri tərəfindən maliyyə sektorunun dəstəkləməsi proqramları həyata keçirilir ki, bunun nəticəsində dövlət büdcəsi vəsaitlərinin artırılması üçün böhrandan sonra vergi yükü artırılacaq. İlk növbədə bu proses ABŞ, Böyük Britaniya, İspaniya və İrlandiyada gözlənilir, çünki bu ölkələrdə maliyyə qurumları iqtisadiyyatda aparıcı rol oynayır, istehlakçı borcu və daşınmaz əmlak qiymətlərinin enməsi isə ən yüksək həddə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR