Bank Of Baku

Ötən il Azərbaycana ən çox investisiya yatıran Böyük Britaniya olub

Ötən il Azərbaycana ən çox investisiya yatıran Böyük Britaniya olub
# 11 fevral 2009 11:08 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycana 2008-ci ildə yatırılan investisiya qoyuluşu üzrə xarici ölkələr və beynəlxalq təşkilatlar arasında ən böyük paya Böyük Britaniya malik olub. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, britaniyalı rezidentlərin Azərbaycanda əsas kapitala yönəltdiyi investisiyanın həcmi 1,27 mlrd. ABŞ dollarına yaxın və yaxud manat ekvivalentində 1 020,6 mln. təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə Britaniya investorlarının sərmayə yatırımı 202 mln. manat və ya 16,5% azalıb. Buna baxmayaraq, bu investisiyaların ümumi kapital qoyuluşunun həcmindəki xüsusi çəkisi 43%-dən 45,9%-ə yüksəlib.
Böyük Britaniya ilə yanaşı Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarının ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə və Norveç rezidentlərini aid etmək olar. Bu dörd ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumi hesabda 941,252 mln. manata yaxındır, onların xüsusi çəkisi isə 42,3%-ə bərabərdir:

Ölkələrin və beynəlxalq təşkilatların adı

2008-ci ildə, mln. manat

Əvvəlki ilə nisbətən, %-lə

Ümumi həcmdə xüsusi çəkisi, %-lə

Cəmi

2 224,708

83,7

100,0

o cümlədən:

 

Böyük Britaniya

1 020,593

87,8

45,9

ABŞ

433,420

70,5

19,5

Yaponiya

221,716

68,6

10,0

Türkiyə

147,349

92,5

6,6

Norveç

138,767

68,5

6,2

Cənubi Koreya

38,477

-

1,7

Çexiya

31,438

141,8

1,4

Almaniya

30,099

3,0 dəfə

1,4

Fransa

25,589

2,1 dəfə.

1,2



Xatırladaq ki, 2008-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 9 073,6 mln. manat həcmində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 34,3% çox investisiya yönəldilib. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi isə 2 224,7 milyon manat təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 16,3% az olub.
Maraqlıdır ki, DSK-nın məlumatlarına görə, əsas kapitala yönəldilən ümumi investisiyanın 69,1%-i iqtisadiyyatın qeyri-neft sahələrinə sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR