Azərbaycan Açıq Büdcə İndeksi hesabatında 50-ci yeri tutub
Tədbirdə qrupun rəhbəri İnqilab Əhmədov bildirib ki, hesabatda Azərbaycanın da büdcə məlumatlarının mövcudluğu və əlçatma səviyyəsi əks olunub. Hesabata əsasən, bu tədqiqatda iştirak edən ölkələrin 80%-i öz xərcləmələrində vəsaitlərin idarə olunması üzrə məlumatları ictimaiyyətə çatdırmır.
İ.Əhmədovun sözlərinə görə, tədqiqat üç hissədən ibarətdir – büdcə sənədlərinin əlçatanlığı, hökumətin büdcə layihəsi və büdcə prosesindən ibarət olmaqla büdcənin 4 inkişaf fazasını özündə əks etdirən 123 sualı əhatə edib.
Azərbaycan «ABİ-2008»-də vətəndaşlara büdcə məlumatlarının çatdırılma səviyyəsinə görə «Minimal büdcə məlumatı verən ölkə» kateqoriyasına aid edilib. Bununla da Azərbaycan hesabatda 85 ölkə arasında 50-ci yerdə qərarlaşaraq 100 mümkün baldan 37 bal toplayıb. Bu isə «ABİ-2008» üzrə orta səviyyədən 2 bal, regional orta səviyyədən 11 bal az, minimal büdcə məlumatı açıqlayan 16 ölkə üzrə orta səviyyədən cəmi 3 bal, natural resurslarla zəngin 34 ölkə üzrə orta səviyyədən 6 bal çoxdur. Azərbaycan 2006-cı ilin hesabatı ilə müqayisədə mövqeyindəki nominal irəliləyişə baxmayaraq, hələ də ictimaiyyətə «Minimal büdcə məlumatları verən» 16 ölkə sırasındadır.
Qeyd edək ki, hesabatda büdcə ili ərzində hökumətlərin buraxdığı 8 vacib büdcə sənədi üzrə - büdcə öncəsi bəyanat, büdcə layihəsi, vətəndaş büdcəsi, qəbul edilmiş büdcə, aralıq büdcə hesabatları, yarımillik hesabat, illik hesabat və audit hesabatı haqqında məlumatların ictimaiyyət tərəfindən əldə etmə imkanları əks etdirilib.
Xatırladaq ki, «ABİ-2006» üzrə Azərbaycan 59 ölkə arasında 45-ci yeri tutub (mümkün 100 baldan 30 bal), minimal büdcə məlumatı verən 13 ölkə sırasında olub.
«ABİ-2008» və BBT-nin tövsiyələrindən çıxış edərək MBQ ekspertləri hesab edirlər ki, parlament «Büdcə sistemi haqqında» qanuna dövrü hesabatlılıq və ictimai nəzarətlə bağlı əlavələr etməli, Maliyyə Nazirliyi hər il büdcə layihəsindən təqribən bir həftə əvvəl «Büdcə öncəsi bəyanat»ı açıqlamalı, burada büdcə prioritetlərinin dəyişməsini və fiskal siyasətin makroiqtisadi siyasətə təsirini əsaslandırmalı, Hesablama Palatası dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı yekun rəylərini açıqlamalıdır. Həmçinin, parlamentin müvafiq komissiyası, hökumət strukturları və Hesablama Palatası nəinki ölkədə, hətta regionda büdcə monitorinqi və təhlilləri üzrə ixtisaslaşmış ittifaqlar və vətəndaş cəmiyyəti təşkilatlarının alternativ rəy və təkliflərini büdcə siyasətində nəzərə almalıdır.
Xatırladaq ki, bu layihə MBQ tərəfdaşları tərəfindən Azərbaycanda artıq ikinci dəfədir icra edilir.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
İran İsraili daha güclü zərbələrlə hədələyib
Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib - YENİLƏNİB
KİV: İsrail İranın raket hücumuna cavab verməyə hazırlaşır
Stubb: ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolu tapılıb
Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti seçilib
FT: Zelenski Putinə şəxsi görüş təklifini Abramoviç vasitəsilə çatdırıb
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi tapılıb - FOTO
ABŞ Prezidenti: İranın dondurulmuş aktivləri sazişdən dərhal sonra qaytarılmayacaq
Florentino Perez yenidən "Real Madrid"in prezidenti seçilib
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
Tramp Livanın İranla bağlı qısamüddətli sazişə daxil edilməsini tələb etmir
Ermənistanda parlament seçkilərində seçici fəallığı 58,97 faiz olub
Tramp "NBC News"a müsahibəni yarımçıq qoyaraq məkanı tərk edib
Ağdaşda su kanalında kişi meyiti tapılıb
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər - FOTO
Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Ukrayna Prezidentinin Budapeştə planlaşdırılan səfəri təxirə salınıb
Zelenski Böyük Britaniyaya səfər edib, Starmer, Makron və Merts ilə görüşəcək
Fransa Kiprdə qoşun yerləşdirəcək
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
KİV: İsrail Beyruta endirilən zərbələr barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb
Ermənistanda səsvermə zamanı 57 qanun pozuntusu siqnalı daxil olub, 14 nəfər saxlanılıb - YENİLƏNİB
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb
Şamaxıda zəlzələ olub
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB-1
Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib