Bank Of Baku

Azərbaycanda bank əmanətləri üzrə vəsaitlərin hərəkəti balansı son bir ildə 4 dəfə artıb

Azərbaycanda bank əmanətləri üzrə vəsaitlərin hərəkəti balansı son bir ildə 4 dəfə artıb
# 11 fevral 2009 13:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2008-ci il ərzində əhalinin bank əmanətləri üzrə vəsaitlərinin hərəkəti balansı müsbət 147 980,6 min manat təşkil edib. Bu isə 2007-ci ilin analoji göstəricisindən təxminən 4 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, Azərbaycan Milli Bankı tərəfindən hazırlanmış ölkə üzrə kassa dövriyyəsinə dair hesabata əsasən, əmanətlər üzrə bank kassa mədaxili 2 469 334,6 min manat, məxarici isə 2 321 354,0 min manata bərabər olub.
Bu rəqəmlərin birincisi il ərzində bank kassalarına əmanətlər şəklində daxil olan, ikincisi isə əmanət hesablarından banklar tərəfindən təhvil verilən vəsaitlərdir. Həmçinin, əmanətlər üzrə məxaricə həm faiz ödənişləri, həm də əmanətlərin əsas vəsaitləri də aiddir.
Cari ilin yanvar ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi, yəni həmin tarixə əmanətlərin qalığı 1 903,7 mln. manat təşkil edib. Əvvəlki ilin yanvarın 1-nə isə bu göstərici 1 468,4 mln. manata bərabər olub. Beləliklə, ötən il ərzində əmanət hesablarında olan vəsaitlər 435,3 mln. manat artıb. Kassa dövriyyəsi üzrə məlumatları, yəni mədaxil və məxaric edilən vəsaitlərin saldosunu nəzərə alsaq, 2008-ci il ərzində yığılmış və bank hesablarında saxlanılmış vəsaitlərin həcmi 287,3 mln. manat təşkil edib. Beləliklə, ötən ilin göstəricilərinın əsasında qeyd etmək olar ki, əhalinin əmanətləri üzrə qalığın artımının 34%-i fiziki olaraq əlavələrin, 66%-i isə yığılmış faizlərin hesablarda saxlanılması hesabına formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR