Bank Of Baku

Azərbaycanda sığorta agentləri üçün yeni kurslar keçiriləcək

Azərbaycanda sığorta agentləri üçün yeni kurslar keçiriləcək
# 12 fevral 2009 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 16-18-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Təlim Tədris Qrupu tərəfindən sığorta agentləri üçün kurslar keçiriləcək.
ASA-dan «APA-Economics»ə verilən məlumata görə, kurs iki gün, saat 09:00-dan 18:00-dək davam edəcək. Növbəti gün isə (3-cü gün) agentlər arasında sınaq imtahanı keçiriləcək. Dərslər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin işçiləri tərəfindən aparılacaq.
Kursda iştirak haqqı hər bir sığorta agenti üçün 112 manat təşkil edəcək.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR