Bank Of Baku

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,8200 təşkil edib

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,8200 təşkil edib
# 12 fevral 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0450 bənd və ya 4,71% artaraq 2009-cu ilin fevral ayının 12-nə 1,0002 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1801 bənd və ya 18% azalaraq 0,8200 təşkil edib.
ANBDI indeksinin kəskin azalması yanvarın 11-də 50100221S seriyalı not buraxılışı üzrə 18 383,6 min manat məbləğində ödənişin aparılması və dövriyyədən çıxarılması, həmin gün 50100621S seriyalı 2 003,6 min manatlıq notların yerləşdirilməsi ilə bağlıdır. Bunun nəticəsində, dövriyyədə olan notların məcmu həcmi 16,380 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR