Bank Of Baku

Azərbaycan ƏDV üzrə yığımı son bir ildə 75% artırıb

Azərbaycan ƏDV üzrə yığımı son bir ildə 75% artırıb
# 12 fevral 2009 08:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycan Vergilər Nazirliyinə 850 mindən artıq elektron vergi bəyannaməsi təqdim olunub. «APA-Economics»in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, artıq elektron bəyannamələrin göndərilməsi sisteminə 100 mindən artıq vergi ödəyicisi qoşulub.
«Ötən ilin yanvarından Azərbaycanda əlavə dəyər vergisi depozit hesablarının tətbiqinə başlanılıb. MDB məkanında ƏDV inzibatçılığının təkmilləşdirilməsinə bir neçə ölkə tərəfindən cəhdlər olsa da, bu işin uğurla keçirilməsinə yalnız Azərbaycan nail olub», - deyə nazir vurğulayıb.
F.Məmmədov bildirib ki, ötən il ƏDV üzrə yığımlar 2007-ci illə müqayisədə 75%-dək artıb.
Nazir son 2 ildə vergi ödəyicilərinə xidmət üçün regionlarda vergi kompüter terminallarının qurulduğunu da qeyd edib. Hazırda 15 rayonda vergi kompüter terminalı mövcuddur və 2008-ci ildə bu terminallara 20 minədək vergi ödəyicisi müraciət edib.
Qeyd edək ki, ötən il Vergilər Nazirliyi tərəfindən proqnoz 6,4% artıqlaması ilə yerinə yetirilməklə dövlət büdcəsinə 5 746 565,8 min manatın köçürülməsi təmin olunub. Cari il üçün isə Nazirliyinin qarşısında 5,750 mlrd. manat həcmində proqnoz tapşırığı qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR