Bank Of Baku

«Texnikabank» son bir ildə aktivlərini 22% artırıb

«Texnikabank» son bir ildə aktivlərini 22% artırıb
# 12 fevral 2009 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 429,936 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 22,4% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 21% azalaraq 150,020 mln. manat, kredit portfeli 36,3% artaraq 338,320 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 20% azalaraq 62,683 mln. manat təşkil edib. Həmçinin, bankın məcmu kapitalı 35,8% artaraq 55,030 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 26,912 mln. manat olub.
Qeyd edək ki, bu müddət ərzində bankın gəlirləri 75,4% artaraq 8,700 mln. manata, xərcləri isə təxminən 52% artaraq 4,711 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2,2 dəfə artaraq 3,989 mln. manat olub.
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 4 filial açıb, 1 bankomat və 50 POS-terminal quraşdırıb. Bu ilin fevral ayının 1-nə bankın işçilərinin sayı 21,4% artaraq 585 nəfərə çatıb.
«Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 3 mübadilə məntəqəsi, 47 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR