AMB-nin məlumatına əsasən, ötən il kredit təşkilatlarının sayı 142-dən 140-ə enib. Filialların sayının artmasında ənənəvi olaraq daha fəal bank təşkilatları olub və təkcə onların hesabına 82 yeni filial açılıb. Yeni bank filiallarının 52,4%-i (43-ü) Abşeron iqtisadi rayonu, 18,3%-i (15) Aran iqtisadi rayonu, 12,2%-i (10) Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərir.
Ümumilikdə isə bank filialların toplum sayı hesabat ili ərzində 16,9% artaraq 567-ə çatıb və bunun təxminən 72%-i və ya 408-i Abşeron və Aran iqtisadi rayonlarında yerləşir. Lakin, bankların institusional inkişafında Gəncə-Qazax, Lənkəran və Şəki-Zaqatala iqtisadi rayonlarının da rolu az deyil. Bu üç bölgədə fəaliyyət göstərən bank filiallarının sayı 112-ə çatıb:
Eyni zamanda, 2008-ci il ərzində QBKT filiallarının sayı 14,3% artaraq 56-dan 64-ə yüksəlib. Daha çox filial Aran iqtisadi rayonu (16), Gəncə-Qazax iqtisadi rayonu (13) və Abşeron iqtisadi rayonunda (11) fəaliyyət göstərir.
Qeyd edək ki, ötən il Azərbaycanda 2 yeni bank yaradılıb və 2 bank bağlanıb, həmçinin 1 qeyri-bank kredit təşkilatı açılıb və 3-ü ləğv olunub.