Bank Of Baku

«Bank Standard» bu il əlavə 5 filial açacaq

«Bank Standard» bu il əlavə 5 filial açacaq
# 12 fevral 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin mart-aprel aylarında daha iki filial açmaq niyyətindədir. Yeni filiallar Xırdalan və Bakı (Yasamal rayonu) şəhərində fəaliyyət göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq yeni filialların təsis sənədləri hazırlanır və yaxın vaxtlarda həmin sənədlər Azərbaycan Milli Bankına təqdim olunacaq. Ümumiyyətlə, bu il ərzində bankın Mingəçevir, Gəncə və Zaqatalada da filiallarının açılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapitalı 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR