Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsi azalır

Azərbaycanda istehlak kreditləşməsi azalır
# 12 fevral 2009 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 2 334,9 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına əsasən, bu göstərici ötən il ərzində 40,9% artsa da, ötən ilin sonuncu rübündə bu göstəricinin azalması müşahidə olunub.
Belə ki, istehlak kreditlərinin həcmi oktyabrda 2 433 mln. manatdan 2 365 mln. manatadək, noyabrda 2 354 mln. manatadək, dekabrda isə 2 335 mln. manatadək, ümumilikdə IV rübdə 98 mln. manat azalıb.
Bu rəqəm nisbi baxımdan böyük olmasa da, istehlak kreditlərinin azalma tendensiyasının yaranması özü-özlüyündə çox əhəmiyyətlidir. Qeyd edək ki, 2000-ci ildən istehlak kreditlərinin yalnız artımı müşahidə olunub. Bununla paralel, istehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisinin azalması baş verib:




İstehlak kreditləri üzrə mütləq və nisbi göstəricilərin azalması adətən ölkə iqtisadiyyatında mənfi göstərici kimi qəbul olunur, çünki bu proses makroiqtisadi baxımdan «istehlak-maliyyə-istehsal» zəncirində problemlərin olduğunu həm əks etdirir, həm də onlara səbəb olur. Belə ki, istehlak kreditlərinin azalması bir tərəfdən bank sistemində müəyyən likvidlik problemlərinin nəticəsidir, digər tərəfdən bu, alıcılıq qabiliyyətinin azalmasına səbəb olur, o isə öz növbəsində əvvəl istehlak bazarını, sonradan istehsalı daraltmağı başlayır. Azərbaycanda bu proses bilavasitə artıq bir neçə sahədə, o cümlədən avtomobil bazarı, daşınmaz əmlak bazarı (həm alqı-satqı, həm də tikintisində), məişət texnikası bazarında büruzə verib. Bu, birbaşa olaraq istehlak kreditləşməsinin azalmasının nəticələridir.
Eyni zamanda qeyd etmək lazımdır ki, əgər istehlak kreditlərinin azalması ümumi kreditlərin həcminin artması fonunda baş verirsə, həmin proses bank sistemində sağlamlaşma əlamətlərinin göstəricisidir. Yəni, banklar artıq diqqətlərini real sektora aid olmayan, əlavə dəyərin formalaşmasında iştirak etməyən istehlak sektoruna deyil, iqtisadiyyata daha çox fayda verən sahələrə yönəldir.
Qeyd edək ki, Azərbaycanda ümumi kreditlərin həcmi 2008-ci ilin sonuncu rübündə 6,5 mlrd. manatdan 7 mlrd. manatadək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR