Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda yeni bank fəaliyyətə başlayır

Yaxın günlərdə Azərbaycanda yeni bank fəaliyyətə başlayır
# 13 fevral 2009 06:55 (UTC +04:00)
MALİYYƏ

BAĞLI



Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azfinansbank» Səhmdar Kommersiya Bankı (SKB) gələn həftədən etibarən rəsmən fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, hazırda bankın baş ofisi Bakı şəhərinin İ.Qutqaşınlı,112 ünvanında yerləşir. «AzfianasBank» müştərilərə bütün bank xidmətləri spektri, o cümlədən depozitlərin cəlb edilməsi, kreditlərin verilməsi, sürətli pul köçürmələri və digər bank əməliyyatları üzrə xidmət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Milli Bankı tərəfindən «AzfianasBank»a bank fəaliyyəti üçün lisenziya 2008-ci ilin sonunda verilib. Cari ilin yanvar ayının 1-nə bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
Hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərən.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR