Bank Of Baku

«Atrabank» Bakıda yeni filial açmağa hazırlaşır

«Atrabank» Bakıda yeni filial açmağa hazırlaşır
# 13 fevral 2009 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda «Sahil» filialını istifadəyə verəcək.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, bank tərəfindən filial üçün icarəyə götürülmüş ofis Bakı şəhərinin Yusif Məmmədəliyev,8 ünvanında yerləşir. «Lisenziya ilə bağlı təsis sənədləri artıq Azərbaycan Milli Bankına təqdim olunub. Bu ilin fevral ayının sonunda filialın fəaliyyətə başlaması üçün Milli Bank tərəfindən lisenziyanın verilməsi gözlənilir. Gələn həftə ərzində filialın müdir və baş mühasibi vəzifələrinə təyinatla bağlı ərkəzi bank tərəfindən attestasiya keçiriləcək», - deyə E.Nəbiyev bildirib.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 11 filialı, o cümlədən Bakıda 6 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 35,181 mln. manat, kredit portfeli 24,440 mln. manat, depozit portfeli 4,067 mln. manat, məcmu kapitalı 11,060 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR