Bank Of Baku

KfW Bankı: Azərbaycanda Kredit Zəmanət Fondunun yaradılması prosesinin ləngiməsi maliyyə böhranı ilə bağlı deyil

KfW Bankı: Azərbaycanda Kredit Zəmanət Fondunun yaradılması prosesinin ləngiməsi maliyyə böhranı ilə bağlı deyil
# 13 fevral 2009 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda bank təşkilatları üçün nəzərdə tutulan Kredit Zəmanət Fondunun (KZF) yaradılması prosesi davam edir. Ölkə hökuməti bu layihəni Almaniya İnkişaf Bankı (KfW) ilə birlikdə həyata keçirir.
KfW-nın Bakı ofisinin mütəxəssisi Natiq Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda məsləhətçilər xarici bankları Azərbaycanın bank sektoruna cəlb etmək üçün danışıqlar aparır: «Demək olmaz ki, bu qədər ləngimənin səbəbi maliyyə böhranı ilə bağlıdır. Çünki tələb olunan vəsait elə də çox deyil. Maliyyə böhranından da əvvəl xarici bankları cəlb etmək asan gəlmirdi».
N.Abdullayev həmçinin qeyd edib ki, xarici bank cəlb olunan kimi Fondun real fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Almaniya hökumətləri arasında KZF-nin yaradılmasına dair saziş 2007-ci ilin fevral ayında Berlində imzalanıb. Kredit Zəmanət Fondu əsasən güzəştli kredit almaq istəyən şəxslərə xidmət göstərəcək. Fondun ilkin kapitalının formalaşdırılması üçün KfW tərəfindən 4 mln. avro həcmində qrant ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR