Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu 2008-ci ildə 23% artıb

Azərbaycanın xarici dövlət borcu 2008-ci ildə 23% artıb
# 13 fevral 2009 11:12 (UTC +04:00)
Nazirliyinin hesablamalarına görə, xarici borcun ümumi daxili məhsula (ÜDM) qarşı nisbəti son bir il ərzində 8,2%-dən 6,4%-ə düşüb. Adambaşına düşən xarici dövlət borcunun məbləği isə əksinə, 283,8 dollardan 344,9 dollaradək artıb.
Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 2 656,2 mln. dollar və ya ümumi xarici borcun 88,5%-ni təşkil edib. Həmin məbləğin 40%-i və yaxud 1 194,9 mln. dolları elektrik enerjisi sektoruna, 7,7%-i (230,9 mln.) kənd təsərrüfatı, 22%-i isə (659,9 mln.) yol tikintisi və nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunub. İqtisadi islahatlar üçün cəlb edilən kreditlərin məbləği 344,9 mln. dollar təşkil edib. Bu məbləğin 266 mln. dolları Dünya Bankı, 78,9 mln. dolları isə Beynəlxalq Valyuta Fondunun kreditlərinin payına düşür.
Maraqlıdır ki, 2008-ci ildə əlavə cəlb edilən və istifadə olunan xarici kreditlərin həcmi 58% artaraq 697 mln. dollara çatıb. Öz növbəsində xarici borcun ödənilməsinə 286,3 mln. dollar xərclənib. Bu göstərici son bir il ərzində 67,9% artıb və onun ¼ hissəsi borclar üzrə faizlərin ödənilməsinə sərf olunub.
Qeyd edək ki, dövlət büdcəsi vəsaitləri hesabına xarici borcun ödənilməsinə 117,9 mln. dollar xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR