Bank Of Baku

«Azerdemiryolbank»ın aktivləri son bir ildə 44% artıb

«Azerdemiryolbank»ın aktivləri son bir ildə 44% artıb
# 13 fevral 2009 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azerdemiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin fevral ayının 1-nə 213,53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 44% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 54% artaraq 167,6 mln. manata, öhdəlikləri 47,6% artaraq 175,65 mln. manata çatıb. Bunların tərkibində (öhdəlik) 104,8 mln. manat və ya 59,6% maliyyə sektoru qarşısında olan öhdəliklərin, o cümlədən 77,4 mln. manat və ya 44% xarici maliyyə institutlarına olan borcların payına düşüb.
Müştəri depozitlərinin həcmi fevralın əvvəlinə 52,72 mln. manata, müddətli əmanətlər isə 44,22 mln. manata çatıb. Bankın balans kapitalı 37,89 mln. manat, nizamnamə kapitalı isə 13,4 mln. manat səviyyəsində qalıb.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var, niamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Hazırda bankın 27 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR