Bank Of Baku

Maliyyə Nazirliyi sığorta agentlərinin lisenziyalaşdırılması üçün keçiriləcək növbəti imtahanların vaxtını açıqlayıb

Maliyyə Nazirliyi sığorta agentlərinin lisenziyalaşdırılması üçün keçiriləcək növbəti imtahanların vaxtını açıqlayıb
# 13 fevral 2009 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 19, 20, 23 və 24-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta agentlərinin müvafiq lisenziya alması üçün növbəti imtahanlar keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın alınması fəaliyyət göstərən sığorta agentləri və sığorta agenti olmaq istəyən fiziki şəxslərə aiddir. Sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün müvafiq sənədlərini Maliyyə Nazirliyinə təqdim etmiş, lakin müvafiq imtahanda iştirak etməmiş və ya imtahandan keçməmiş şəxslərin qeyd olunan tarixlərdə imtahanda iştirak etmələri üçün fevralın 18-dək nazirliyə müraciət etməlidirlər.
Qeyd edək ki, bu ilin fevral ayının 4-5-də keçirilən analoji imtahanda iştirak etmiş 105 nəfərdən təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 21 iştirakçı attestasiyadan müvəffəqiyyətlə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR