Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi başa çatır

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi başa çatır
# 13 fevral 2009 15:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan hökuməti kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması məqsədilə 2009-cu il dövlət büdcəsindən müxtəlif subsidiyaların ödənilməsi prosesini başa çatdırır. Fermerlərə maliyyə yardımının göstərilməsi Maliyyə Nazirliyinin xətti ilə «Kapitalbank» vasitəsi ilə aparılır. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Ümumilikdə ölkənin 57 rayonunda fəaliyyət göstərən minlərlə taxıl istehsalçısına 29,7 mln. manata yaxın subsidiyanın ayrılması nəzərdə tutulub. İlk növbədə və ən yuxarı həcmdə yardım taxılçılıq və yonca əkini ilə məşğul olan fermerlərə göstərilir. Bu fermerlər əsasən Şəki, Cəlilabad rayonları və Aran bölgəsində fəaliyyət göstərir. Hökumətin hesablamalarına əsasən, onların sayı 211 mindən çoxdur, fəaliyyəti isə 742 min hektar əkin sahəsini əhatə edir.
Ümumilikdə dövlət büdcəsindən ayrılan subsidiyalar 401 min fiziki və hüquqi şəxsə ödəniləcək. Fermerlərin təqdim etdikləri sənədlərin toplanması məqsədilə ölkədə artıq 1 948 kənd ərazi komissiyası fəaliyyət göstərir.
Xatırladaq ki, 2007-2008-ci illərdə Azərbaycan hökuməti fermerlərə kömək məqsədilə yanacaq-sürtgü materiallarının dəyərinin 50%-nin ödənilməsi, həmçinin buğda və çəltik istehsalçılarına maliyyə yardımının göstərilməsi üçün 145 mln. manatdan çox subsidiya ayırıb.
Qeyd edək ki, ərzaq buğdası əkən fermerlərə hər hektara görə 40 manat, yanacağa görə 40 manat yardım verilib. Eyni zamanda, «Aqrolizinq» ASC tərəfindən mineral gübrələr 50%-i dövlət tərəfindən kompensasiya olunmaqla fermerlərə satılır. Bundan başqa, cari ilin yanvar ayının 1-dən daha 5 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR