Bank Of Baku

Beynəlxalq Valyuta Fondu tarixində ilk dəfə 100 mlrd. dollarlıq kredit alıb

Beynəlxalq Valyuta Fondu tarixində ilk dəfə 100 mlrd. dollarlıq kredit alıb
# 14 fevral 2009 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Tarixində ilk dəfə olaraq Beynəlxalq Valyuta Fondu (BVF) ölkədən birbaşa kredit alıb. “APA-Economics”in məlumatına görə, fevralın 13-də Yaponiya tərəfindən 100 mlrd. dollar məbləğində kreditin ayırması barədə BVF-la Yaponiya Maliyyə Nazirliyi arasında saziş imzalanıb.

Kredit almamışdan qabaq BVF-nun məcmu vəsaitlərinin həcmi 143 mlrd. dollar təşkil edib, əlavə 51 mlrd. dollar isə Fond öz cari borcalma proqramları çərçivəsində cəlb edə bilər. İmzalamadan sonra Fondun rəhbəri Dominik Stross-Kan digər ölkələrin Yaponiyaya Fonda maliyyə dəstəyi verilməsi prosesinə qoşulacaqlarına ümid etdiyini bildirib.
.
BVF cəlb edilən vəsaitləri dünya maliyyə və iqtisadi böhrandan daha çox əziyyət çəkən ölkələrə kreditlər verilməsi üçün nəzərdə tutur.

Qeyd edək ki, bundan əlavə BVF təşkilatın tarixində ilk dəfə olaraq əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədi ilə istiqrazların buraxılması məsələsini də müzakirə edir. Hazırda Fond tərəfindən istiqrazların buraxılması məsələsi texniki işlənmə mərhələsindədir. Bu qiymətli kağızlar bazara deyil, ünvanlı şəkildə mərkəzi banklara və hökumət təşkilatlarına təklif oluna bilər. Fond bu günə kimi borc qiymətli kağızları buraxmayıb və vəsaitlərin əsas mənbəyi üzv ölkələrin ödədiyi üzvlük haqları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR