Bank Of Baku

Azərbaycanın birja valyuta bazarı ötən həftə kəskin genişlənib

Azərbaycanın birja valyuta bazarı ötən həftə kəskin genişlənib
# 16 fevral 2009 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (fevralın 9-13-də) 131,481 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 17,3 dəfə çoxdur.
«APA-Economics»in məlumatına görə, hesabat dövründə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində aparılan ticarət əməliyatlarının nəticəsi üzrə orta göstərici) 0,19% azalaraq 0,8062 manat təşkil edib. Maraqlıdır ki, həftə ərzində həm rəsmi məzənnə, həm birja məzənnəsi 0,19% düşüb, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) isə 0,03%, nağd satış məzənnəsi 0,21% yüksəlib:




Ötən həftə valyuta birjasında dollar üzrə 30-günlük svop-əqdlər qeydə alınıb. Bu, Azərbaycanın valyuta bazarının tarixində ilk hadisə olmasa da, svop-əqdlər çox nadir hallarda bağlanır. Qeyd edək ki, svop-əqdlər faktiki olaraq valyuta risklərindən sığortalanma alətidir, çünki hesablaşmaların müəyyən müddətdən sonra həyata keçirilməsini nəzərdə tutur. Aydındır ki, bu halda əqdin bir kontragenti məzənnənin aşağı düşməsi, digəri isə onun artmasını proqnozlaşdırır, bu da son nəticədə faktiki olaraq əqdin predmeti olur.
Qeyd edək ki, ötən həftə avronun məzənnəsi 0,4% enib, halbuki həftə ərzində onun dəyişməsi daha nəzərə çarpan olub:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR