Bank Of Baku

«UniBank» daha bir beynəlxalq pul köçürmələri sisteminə qoşulub

«UniBank» daha bir beynəlxalq pul köçürmələri sisteminə qoşulub
# 16 fevral 2009 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) Rusiyanın «Zolotaya Korona» («Qızıl tac») beynəlxalq pul köçürmələri sisteminə qoşulub.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq əməkdaşlığın ilk mərhələsinə start verilib. İşin birinci mərhələsi çərçivəsində «UniBank» bu sistem vasitəsilə Azərbaycana göndərilmiş pul vəsaitlərinin verilməsini həyata keçirəcək. Bu sistem vasitəsilə müştərilər Rusiya rublu və ABŞ dolları ilə köçürmələr ala biləcəklər.
Qeyd edək ki, bundan başqa «UniBank» daha altı pulköçürmə sistemi ilə əməkdaşlıq edir. Bu, «Western Union» (2000-ci ildən), «Bıstraya Poçta» (2005-ci ildən), «Contact» (2006-ci ildən), «Faster» (2007-ci ildən), «XPmoney» (2007-ci ildən) və «Migom» (2008-ci ildən) sistemləridir. Nəticədə, 2008-ci ildə bankın vasitəsilə ümumilikdə 27,5 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib və bunun 25 mln. dolları ölkəyə daxil olan vəsaitlərin payına düşür. Əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə ümumi pul köçürmələrinin həcmi 67% artıb. Bankın pul köçürmələri üzrə əməliyyatlardan gəliri 2008-ci ildə 300 min dollar təşkil edib və bu, 2007-ci il ilə müqayisədə 66,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR