Bank Of Baku

«Gəncəbank» nizamnamə kapitalını 50% artırır

«Gəncəbank» nizamnamə kapitalını 50% artırır
# 16 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 23-dən etibarən Azərbaycanın «Gəncəbank» SKB-nin dövlət qeydiyyatına alınmış adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 250 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «ADB Broker» şirkəti çıxış edəcək.
Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 50% artaraq 15 mln. manata çatacaq.
Qeyd edək ki, 1994-cü ildən Azərbaycanda ilk regional bank kimi fəaliyyət göstərən «Gəncəbank»ın bu ilin yanvar ayının 1-nə aktivlərin həcmi 30,916 mln. manat, depozit portfeli 2,366 mln. manat, kredit portfeli 24,863 mln. manat, məcmu kapitalı 11,207 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Bankın baş ofisdən əlavə respublika üzrə 4 filialı, 3 bankomatı və 14 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR