Ötən il daxili valyuta bazarında ən yüksək göstərici (3,368 mlrd. manat) dekabr ayında qeydə alınıb:
Eyni zamanda, son illər daxili valyuta bazarının həcminin kəskin artması müşahidə olunur:
Daxili valyuta bazarında dollar üzrə əqdlərin həcmi ötən il 22 692 411,7 min dollar, avro üzrə əməliyyatların həcmi 6 389 429,1 min avro, Britaniya funt sterlinqi üzrə əməliyyatların həcmi 48 771,5 min funt, Rusiya rublu üzrə əməliyyatların həcmi 16 078 950,3 min rubl təşkil edib. Bu göstəricilər dolların Azərbaycan iqtisadiyyatında və hesablaşmalarda əsas rol oynadığını sübut edir.
Ötən il ərzində 2007-ci illə müqayisədə dollar üzrə əməliyyatların həcmi 60,4%, avro üzrə 2,9 dəfə, rubl üzrə 46,3% artıb, funt üzrə əməliyyatların həcmi isə 7,9% azalıb.