Bank Of Baku

«Bank Respublika» ipoteka kreditləşməsini genişləndirir

«Bank Respublika» ipoteka kreditləşməsini genişləndirir
# 16 fevral 2009 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) fərdi ipoteka proqramı çərçivəsində əhalinin ipoteka kreditləşdirilməsini genişləndirir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda proqramın şərtlərinə əsasən, bank əhaliyə ipoteka kreditlərini illik 17%-dən başlayaraq maksimum 7 il müddətinə ayırır. Kreditin məbləği 5-250 min manat, ən çoxu alınan mülkiyyətin 60%-i məbləğində ola bilər. Kreditin ödənişi hər ay bərabər məbləğlə həyata keçirilir, aylıq ödəniş kredit götürən şəxsin xalis gəlirinin 50%-dən artıq olmamalıdır.
Bank girov qismində alınan mülkiyyət, həmçinin digər daşınmaz əmlak – mənzil, ev, bağ, qeyri-yaşayış sahəsi, torpaq sahəsini qəbul edir. İpotekaya götürülən mülkiyyət və kredit götürənin həyatı sığortalanmalıdır.
Qeyd edək ki, «Bank Respublika» öz ipoteka proqramının icrasına 2007-ci ilin sentyabr ayından etibarən başlayıb. İndiyədək bank tərəfindən əhaliyə verilmiş ipoteka kreditlərinin ümumi məbləği 21,4 mln. manat təşkil edib.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payına sahibdir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib. Bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR