Bank Of Baku

Azərbaycan 2009-cu il üçün nəzərdə tutulan dövlət istiqrazlarının emissiya prospektini 100 mln. manat azaldıb

Azərbaycan 2009-cu il üçün nəzərdə tutulan dövlət istiqrazlarının emissiya prospektini 100 mln. manat azaldıb
# 16 fevral 2009 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin 2009-cu ildə yerləşdirməyi planlaşdırdığı dövlət istiqrazlarının emissiya prospektinin ümumi həcmini 100 mln. manat azaldıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvarın 12-də 22S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Maliyyə Nazirliyinin dövlət istiqrazlarının emissiya prospektinə cari il ərzində buraxılacaq istiqrazların ümumi məbləği 100 mln. manat azaldılaraq 1,1 mlrd. manat həcmində müəyyənləşdirilməsi ilə bağlı edilmiş dəyişikliklər QKDK tərəfindən qeydiyyata alınıb.
Qeyd edək ki, bu il üçün dövlət istiqrazlarının emissiya prospektinin ümumi həcmi 1,2 mlrd. manat məbləğində nəzərdə tutulmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR