Bank Of Baku

«Atrabank» yeni filial açmağa hazırlaşır

«Atrabank» yeni filial açmağa hazırlaşır
# 16 fevral 2009 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin mart ayının sonunda daha filial açmağa hazırlaşır.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu filial hazırda Bakı-Sumqayıt avtomobil magistralının üzərində inşa olnan «Ər-Riyad» Ticarət Mərkəzində yerləşəcək.
E.Nəbiyevin sözlərinə görə, hazırda filialın təsis sənədlərinin hazırlanması ilə bağlı işlər aparılır və yaxın vaxtlarda müvafiq sənədlər Azərbaycan Milli Bankına təqdim ediləcək.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 11 filialı, o cümlədən Bakıda 6 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 35,181 mln. manat, kredit portfeli 24,440 mln. manat, depozit portfeli 4,067 mln. manat, məcmu kapitalı 11,060 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR