Bank Of Baku

Cəmil Məlikov: «Dünya maliyyə böhranı şəraitində Azərbaycandakı sığorta şirkətləri daxili resurslardan istifadə etməlidir»

Cəmil Məlikov: «Dünya maliyyə böhranı şəraitində Azərbaycandakı sığorta şirkətləri daxili resurslardan istifadə etməlidir»
# 16 fevral 2009 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə Azərbaycanın sığorta bazarı daxili resurslardan istifadə etməlidir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri Cəmil Məlikov bildirib.
C.Məlikovun sözlərinə görə, böhran dövründə sığorta şirkətləri müştərilər üçün yeni və sərfəli məhsullar təklif etməlidir ki, müştərilərin bu dövrdə istifadə etdiyi sığorta məhsullarına imkanları çatsın.
ASA-nın başçısı həmçinin qeyd edib ki, sığorta bazarının inkişafında icbari sığortalar mühüm rol oynayır və hazırda icbari sığorta haqqında qanunlar dövlət qurumlarında baxılır: «Yeni qanunların tətbiqindən sonra ölkənin sığorta bazarında dirçəliş gözləmək olar. Lakin sığorta şirkətlərinin öz resurslarından istifadə etməsi bu il üçün ölkənin sığorta bazarının nəticələrinə mənfi təsir göstərəcək».
C.Məlikov onu da bildirib ki, əgər keçən il sığorta şirkətləri müştəriləri banklar vasitəsilə cəlb edirdisə, bu gün şirkətlər başqa imkanlardan və başqa yollardan istifadə etmək məcburiyyətindədir.
Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta, 1 təkrarsığorta və 6 broker şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR