Bank Of Baku

«AzSığorta» bu il sığorta haqlarını 50% artıracaq

«AzSığorta» bu il sığorta haqlarını 50% artıracaq
# 16 fevral 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2009-cu ildə sığorta daxilolmalarının həcmini 15 mln. manata çatdırılacağını proqnozlaşdırır.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının sözlərinə görə, cari il üçün gözlənilən rəqəm 2008-ci il ərzində toplanan sığorta haqları ilə müqayisədə 50% çoxdur. X.Məmmədxanlı bildirib ki, ödənişlərə gəldikdə, bununla bağlı proqnoz vermək çətindir: «Ümumiyyətlə, yığımlarla yanaşı bu il üçün əsas hədəflərdən biri də regionlarda filial şəbəkəsini genişləndirməkdir».
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Ötən il ərzində şirkətin topladığı sığorta haqları 10,066 mln. manat, ödənişləri isə 2,328 mln. manat olub. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR