Bank Of Baku

«Azfinansbank» rəsmən fəaliyyətə başlayıb

«Azfinansbank» rəsmən fəaliyyətə başlayıb
# 16 fevral 2009 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azfinansbank» Səhmdar Kommersiya Bankı (SKB) bu gündən rəsmən fəaliyyətə başlayıb.
Bankın Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, artıq bu gündən istənilən müştəri bankda bütün bank xidmətləri, o cümlədən depozit, kredit əməliyyatları, sürətli pul köçürmələri və s. əməliyyatlar həyata keçirə bilər. Hazırda «Azfinansbank»ın baş ofisi Bakı şəhərinin İ.Qutqaşınlı,112 ünvanında yerləşir.
Xatırladaq ki, Azərbaycan Milli Bankı tərəfindən «Azfinansbank»a bank fəaliyyəti üçün lisenziya 2008-ci ilin sonunda verilib. Cari ilin yanvar ayının 1-nə bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir və bunlardan ikisinin («Gəncəbank» və «Naxçıvanbank») baş ofisi regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR