Bank Of Baku

Cəmil Məlikov: «Azərbaycandakı sığorta şirkətlərində işçilərin ixtisarı müşahidə olunmur»

Cəmil Məlikov: «Azərbaycandakı sığorta şirkətlərində işçilərin ixtisarı müşahidə olunmur»
# 16 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sığorta bazarında bir sıra sığorta növləri üzrə daxilolmaların azalması prosesi müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri Cəmil Məlikov bildirib.
C.Məlikovun sözlərinə görə, azalmalar əsasən avtomobil, ipoteka, girov qoyulan əmlakın və digər sahələrin sığortalanması üzrə müşahidə olunur ki, bu da qlobal maliyyə böhranı ilə bağlıdır: «Ümumiyyətlə, sığorta şirkətləri yeni sərfəli məhsullar təklif etməklə müştəriləri cəlb etməlidir. Yeni müştəriləri cəlb eləmək üçün sığorta şirkətlərinin potensialı olmalıdır».
Bundan başqa, C.Məlikov qeyd edib ki, hazırda Azərbaycanın sığorta şirkətlərində fəaliyyət göstərən işçilərin ixtisarı müşahidə olunmur.
Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta, 1 təkrarsığorta və 6 broker şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR