Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 29,55 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 29,55 mln. dollarlıq əqd bağlanıb
# 16 fevral 2009 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8062 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8062 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 23 823 210 AZN, manatın orta məzənnəsi isə 0,8062 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 29,55 mln. dollar və ya 23 823 210 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 3 693 750 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,57%, ABŞ dolları üzrə isə illik 16,43% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1,5 mln. AZN, 3 mln. AZN, 500 min AZN və 3,3 mln. EUR, müddətləri 1, 92, 180 və 210 gün, faiz dərəcələri isə 2,00%, 14%, 13,00% və 16,00% təşkil edən əqdlər qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR