Bank Of Baku

«Azərdəmiryolbank» xarici maliyyə təşkilatlarına borcunu son bir ayda 16% azaldıb

«Azərdəmiryolbank» xarici maliyyə təşkilatlarına borcunu son bir ayda 16% azaldıb
# 16 fevral 2009 14:52 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı son bir ildə aktivlərini 43,6% və yaxud 64,8 mln. manat artıraraq bu ilin fevral ayının 1-i vəziyyətinə 213,533 mln. manata çatdırıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk ayında «Azərdəmiryolbank»ın aktivləri 6,56% azalıb. Aktivlərin illik artımı bankın kredit fəallığı ilə bağlıdır. Son bir ayda bankın müştərilərə ayırdığı kredit portfeli 0,58% azalsa da, onun həcmi 167,61 mln. manata yaxın təşkil edib. Eyni zamanda, müştəri depozitləri yanvarda 10,6% artaraq 52,72 mln. manata çatıb. Nəticədə, bankın öhdəlikləri 119 mln. manatdan 175,65 mln. manata yüksəlib. Bunun 104,8 mln. manatı və ya 59,6%-i maliyyə sektoru qarşısında olan öhdəliklərin payına düşür. Xarici maliyyə təsisatlarına olan borclar isə 77,4 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlinə olan rəqəmlə müqayisədə 15,2 mln. manat və yaxud 16,4% azalıb.
Qeyd etmək lazımdır ki, bankın balans kapitalı 37,89 mln. manata, ödənilmiş nizamnamə fondu isə 13,4 mln. manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR