Bank Of Baku

«Bank Standard» ilin sonunadək «Temenos T24» proqram təminatının tətbiqini başa çatdıracaq

«Bank Standard» ilin sonunadək «Temenos T24» proqram təminatının tətbiqini başa çatdıracaq
# 16 fevral 2009 14:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi «Temenos» şirkətinin «T24» proqram təminatının tətbiqini başa çatdıracaq.
«Bank Standard»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, proqram təminatı artıq bankın 8 filialında və bir şöbəsində tətbiq edilib. Qeyd edək ki, hazırda bankın ölkə üzrə 20 filialı var və bunun 5-i regionda yerləşir. «Bank Standard» 2008-ci ildə Azərbaycanda «Temenos T24» proqram təminatını tətbiq etmiş ilk bank təşkilatı olub.
Bu proqram təminatı bütövlükdə «Microsoft» Korporasiyasının qabaqcıl texnologiyalarını, o cümlədən «Microsoft BizTalk Server 2006» və «Microsoft SQL Server 2005» proqramlarını istifadə edir. «Temenos»un son versiyaları (R06+ və R07) «Microsoft Windows Server 2003» server platformasını və «Microsoft SQL Server 2005» və «Microsoft BizTalk Server 2006» server əlavələrini istifadə edir, həmçinin «Microsoft ASP.NET» daxil olmaqla «Microsoft .NET Framework» proqram mühitlərini dəstəkləyir.
Proqram təminatı SWIFT və ya digər xarici sistemlərlə birləşmə vasitəsi kimi istifadə edilir, bu da proqram təminatının hazırlanmasına xərclənmiş investisiyaları qorumağa imkan verir, məhsulun tətbiqini və həmçinin əlavə modulların işlənməsini və qoşulmasını asanlaşdırır.
Bununla yanaşı, proqram təminatı adı modelləşməni, biznes-proseslərin təsvirini, avtomatlaşdırılmasını və monitorinqini təmin edir. Məhsul qiymətli kağızlarla işlədikdə məlumat mübadiləsində və bank tranzaksiyalarının keçirilməsində platforma kimi istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR