Bank Of Baku

Azərbaycanla Dünya Bankı arasında beynəlxalq mühasibatlıq standartlarının tətbiqinə dair növbəti danışıqlara başlanılıb

Azərbaycanla Dünya Bankı arasında beynəlxalq mühasibatlıq standartlarının tətbiqinə dair növbəti danışıqlara başlanılıb
# 17 fevral 2009 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında «Korporativ və dövlət sektorlarında mühasibatlıq Layihəsi» (CAP/SAP) çərçivəsində növbəti danışıqlara başlanılıb.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, danışıqları aparmaq üçün Bankın maliyyə menecmenti üzrə baş mütəxəssisi Yan Tilın (Jan Til) başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb: «Fevralın 27-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Maliyyə Nazirliyində bir sıra görüşlər keçirib layihəni ətraflı müzakirə edəcək. Bundan başqa, missiya yeni mühasibatlıq sistemi tətbiq edəcək qurumlarda da görüşlər keçirəcək».
Qeyd edə ki, DB bu layihəyə Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA) standartlarına uyğun 11 mln. ABŞ dolları həcmində kreditin ayırmağı planlaşdırır. Ümumilikdə isə layihəyə təxminən 24-25 mln. dollar sərf oluna bilər. Bundan başqa, layihəyə Azərbaycanın dövlət büdcəsindən və 2-3 qrant hesabına maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, bu layihə beynəlxalq maliyyə hesabatlılığı standartlarının (İFRS) Azərbaycanda tətbiqinə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR