Bank Of Baku

«Bank Respublika» yeni uduş kampaniyasına başlayıb

«Bank Respublika» yeni uduş kampaniyasına başlayıb
# 17 fevral 2009 08:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar kommersiya Bankı (SKB) əmanətçiləri arasında yeni uduş kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın mükafatları «Subaru Forester» avtomobili və hər ay 2 ədəd 20 qramlıq və 5 ədəd 10 qramlıq 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələrdən ibarətdir. Cari ilin fevral ayının 15-dən iyun ayının 25-dək keçiriləcək kampaniyada ən azı 12 ay müddətinə və 1000 manat (dollar/avro) məbləğində yerləşdirilən əmanət sahibləri iştirak edir. Əmanətin hər 1000 manat (dollar/avro) məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
Kampaniyanın şərtlərinə görə, hər ay 7 ədəd qızıl külçə, iyulun 1-də isə «Subaru Forester» avtomobili oynanılacaq.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahibdir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib. Bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR