Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının illik iclasında iştirak edəcək

Azərbaycan Asiya İnkişaf Bankının illik iclasında iştirak edəcək
# 17 fevral 2009 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 2-5-də Balidə (İndoneziya) Asiya İnkişaf Bankının (AİB) 42-ci illik iclası keçiriləcək.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda əsas müzakirə predmeti qlobal maliyyə böhranı və bu problemin həlli yolları olacaq. Tədbirdə həmçinin AİB-in ümumi kapitalının artırılması məsələsinə də baxılacaq. İclasda AİB-in üzvü olan 67 ölkədən 3 mindən artıq nümayəndə iştirak edəcək. Toplantıya Azərbaycanın hökumət nümayəndələrinin də qatılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-nın üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR