Bank Of Baku

«Əmrahbank» yeni filial açmağa hazırlaşır

«Əmrahbank» yeni filial açmağa hazırlaşır
# 17 fevral 2009 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlədə Bakıda yeni filialını açacaq.
Bankın İdarə Heyətinin sədri Mahmud Ağamalıyevin «APA-Economics»ə verdiyi məlumata görə, bankın sayca 23-cü olan bu filialı Bakı şəhəri, Zivər Əhmədbəyova küçəsində («Caspian Plaza» Biznes Mərkəzinin arxasında) yerləşir.
M.Ağamalıyev bildirib ki, bankda təchiz edilmiş bütün avadanlıqlar beynəlxalq standartlara uyğunlaşdırılıb. Burada müştərilər bütün bank xidmətləri, o cümlədən hesablaşma kassa-hesabı, cari hesabların açılması, depozitlərin qəbulu, biznes və istehlak kreditlərinin verilməsi, valyuta mübadiləsi və təcili beynəlxalq pulköçürmə əməliyyatları keçirə bilərlər.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 62,396 mln. manat, depozit portfeli 32,688 mln. manat, kredit portfeli 39,583 mln. manat, məcmu kapitalı 21,775 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 22 filialı, 2 mübadilə məntəqəsi, 12 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR