Bank Of Baku

Cəmil Məlikov: «Azərbaycandakı sığorta şirkətləri kapitalını artırmalıdır»

Cəmil Məlikov: «Azərbaycandakı sığorta şirkətləri kapitalını artırmalıdır»
# 17 fevral 2009 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin kapitalının artırılmasına zərurət var. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri Cəmil Məlikov bildirib.
C.Məlikovun sözlərinə görə, sığorta şirkətləri keçən ilin hesabatlarını yeni standartlara uyğun hazırlayıb: «Yeni normalara əsasən, şirkətlərin kapitalının artırılmasına böyük zərurət var. Belə ki, ödəniş qabiliyyəti, biznesin aparılması və digər məsələlərin həlli şirkətlərin kapitalından asılıdır».
C.Məlikov həmçinin qeyd edib ki, sığorta şirkətləri ciddi inkişafa nail olmaq üçün ya kapitalı artırmaq, ya da bir digərləri ilə birləşmək məcburiyyətindədir: «Ümidvaram ki, sığorta şirkətləri bu iki yoldan istifadə edəcək».
Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta, 1 təkrarsığorta və 6 broker şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR