Sosial ədalət naminə iqtisadi bərabərlik
Bakı – APA-Economics. Bu yaxınlarda Davosda keçirilən ümumdünya iqtisadi forumunda qlobal iqtisadi böhranla bağlı aparılan müzakirələr zamanı açıqlanan acı həqiqət bir daha göstərdi ki, kapitalist dünyasının uzun illər bütün bəşəriyyətə tətbiq etməyə çalışdığı bazar iqtisadiyyatının əsasında qurulan ümumdünya iqtisadi modeli həddindən artıq həssas və zərif olub.
Əgər bu modelin müasir strukturuna bir daha dərindən nəzər salsaq, oradakı sosial-iqtisadi ədalətsizliyi, bazar iqtisadiyyatının özəyini təşkil edən azad rəqabət şərtləri, ayrı-ayrı iqtisadi iştirakçılar üçün qeyri-bərabərliyi, milyonlarla insanın həyatına son qoyan ədalətsizliyi görərik. Nikbin əhval-ruhiyyə ilə Davos forumuna dəvət olunmuş 40-dan çox ölkənin dövlət və hökumət başçıları və müxtəlif ölkələrdən təşrif buyurmuş 3 minə yaxın iş adamının qatıldıqları toplantıdan bədbin fikirlərlə öz ölkələrinə dönməsi də iclası izləyən insanların gözündən yayınmayıb. Həmçinin, bu forumda dünya iqtisadi birliyi, artıq sistem xarakteri daşıyan növbəti qlobal iqtisadi böhrandan çıxış yollarının tapılmasında öz acizliyini bir daha sübut etib. Rusiyanın eks-prezidenti Boris Yeltsinin hakimiyyəti dövründə iqtisadi proqramların generatoru hesab olunan Anatoli Çubaysın «Mən bura gələndə fikirləşirdim ki, iqtisadi dünyada vəziyyət pisdir, ancaq mən yanılmışam, əslində vəziyyət daha da pis imiş» söylədiyi etiraf bunları bir daha təsdiqləyir. Artıq bütün dünya etiraf etməkdədir ki, yaşadığımız iqtisadi dünyada əsaslı şəkildə «təmir» işləri aparılmalıdır. Konkret olaraq, bir neçə dövlətin milli valyutalarının beynəlxalq ticarət aləmindəki tam hökmranlığı, yüzlərlə ölkənin təbii sərvətləri və iqtisadi potensialı gücünə formalaşan dünya iqtisadiyyatında sosial tarazlığı pozan əsas amillərdən biridir. Paradoks ondan ibarətdir ki, böhrandan böhrana bu valyutalar öz nüfuzlarını daha da artırır və sanki, elə böhranın özü ilə qidalanır. Qlobal iqtisadi böhranlar zamanı bu valyutalara tələbat xeyli artır və bu zaman yüzlərlə ölkə öz milli valyutasının iflasa uğramasının qarşısını almaq məqsədi ilə illərlə əldə etdiyi iqtisadi nailiyyətlərini «xərcləmək» məcburiyyətində qalır. Lakin buna baxmayaraq, sivilizasiya daimi inkişafdadır, nəsillər bir-birini əvəz etdikcə fikirlər də təzələnir və günlərin bir günündə cəmiyyət ayılaraq başa düşür ki, daha belə davam edə bilməz. Demokratiyanın əsas prinsiplərindən biri də, hər bir xalqın öz inkişaf modelini onun öz milli mənsubiyyəti və milli maraqları əsasında qura bilməsindədir. Azərbaycan dövləti də belə bir inkişaf yolu seçib və bu ölkə öz inkişaf yolunu kənardan heç bir qüvvənin təsiri olmadan keçmək istəyir, eləcə də digər ölkələrə də belə yol arzulayır.
Əslində isə təəssüflər olsun ki, bu belə deyil. Müasir dünya iqtisadiyyatında bazar prinsiplərinin, çoxsaylı qlobal iqtisadi böhranlar nəticəsində konkret olaraq bir neçə dövlətin milli valyutaları ətrafında formalaşması faktoru, ayrı-ayrılıqda hər bir dövlətin iqtisadi inkişafına öz mənfi təsirini göstərməkdədir. Dünya iqtisadiyyatında hökmranlığını getdikcə artıran, bir və ya bir neçə dövlətə məxsus olan valyuta vahidlərinin digər milli valyutaları «əzişdirməsi» artıq dözülməzdir.
Dünya iqtisadiyyatının sabit inkişafı üçün vahid dünya valyutasının mövcud olmasının vacibliyini əlbəttə heç kim inkar edə bilməz. Elə ona görə də, qlobal iqtisadi məkanda, bütün dünya dövlətlərinin inkişaf yolunda bərabər hüquq prinsiplərini əsas tutaraq, Vahid Dünya Valyutasının (VDV) iqtisadi modelini hazırlamaq vaxtı çatıb. Artıq bununla bağlı bir neçə təklif beynəlxalq toplantılarda ayrı-ayrı dövlətlərin nümayəndələri tərəfindən səslənib. Lakin, bu təkliflərin heç biri müasir dünya iqtisadiyyatında bütün ölkələr üçün bərabər iqtisadi şəraitin yaradılmasına tam təminat vermir. Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvarın 24-də Dehlidə (Hindistan) keçirilən Qazaxıstan-Hindistan biznes forumunda vahid dünya valyutasının yaradılması ilə bağlı irəli sürdüyü təklif, hər bir dövlətin milli valyutasını yalnız öz daxili dövriyyəsində saxlamaq şərti ilə, səmərəli ola bilər. Çünki, hər bir dövlətin özünün milli valyutası olmadığı halda, bu dövlət öz inkişaf modelini, xaricdən iqtisadi təzyiqlərə məruz qalmadan, milli maraqları ətrafında qura bilməz. Bu, yalnız dövlətlərarası bir hesablaşma valyuta vahidi olmalıdır ki, bütün dövlətlər bundan azad rəqabət şəraitində, bərabər hüquqla istifadə edə bilsin. Bu valyuta vahidi həm də dünyada sabitliyi pozan və beynəlxalq hüquq normalarının tələblərini rədd edən dövlətlərə qarşı, o cümlədən kiçik bir vilayətin, özünü müstəqil respublika elan etdiyi zaman, dünya birliyinin əvəzsiz cəza vasitəsi kimi istifadə edə biləcəyi bir valyuta olmalıdır. İqtisadi blokadaya alınaraq, xarici ticarət fəaliyyətindən tam məhrum olan subyekt çox yaşaya bilməz. Beləliklə, o zaman dünyada, öz iqtisadiyyatının özülünü narkotik maddələrin satışından gələn pulların əsasında quran və dünyanı qorxu içində saxlayan, terror qruplarını dövlət səviyyəsində dəstəkləyən ölkələrə qarşı da bu cəzanı tətbiq etmək mümkündür. Sirr deyil ki, separatçılıq və terrorçuluq meyli müasir dünyada bəşəriyyəti zülmətə doğru sürükləyən qanlı bir axındır ki, onun qarşısını almaq yalnız ona qida verən maliyyə mənbələrini boğmaqla mümkündür. Belə bir amil kifayətdir ki, bütün dövlətlər, dünyamızın parlaq gələcəyi naminə, qarşılıqlı razılığa gələrək, keyfiyyətcə daha ədalətli olan yeni bir iqtisadi sistemin yaranmasına rəy versin.
İndi isə, misal olaraq vahid dünya valyutasının əsas dövriyyə prinsipləri haqqında danışaq. Bu valyuta yalnız dövlətlərarası ticarət əlaqələri zamanı hesablaşma vahidi kimi qəbul olunmalıdır. Dünya iqtisadi bazarındakı tarazlığı pozmamaq məqsədi ilə, ilkin mərhələdə VDV-nin hər bir dövlətin milli valyutasına nisbətini, (dünya iqtisadiyyatında yaranan mövcud faktı nəzərə alaraq) ABŞ dolları məzənnəsi ilə qəbul etmək məsləhətdir. Lakin daha sonra, vahid valyutanın məzənnəsi bazar yolu ilə deyil, Vahid Dünya Valyuta Bankının (qısa olaraq VDVB) tərkibində yaranacaq iqtisadi nəzarət komissiyası və maraqlı dövlətlərin mərkəzi banklarının birgə qərarı ilə, həmin dövlətdə aparılan iqtisadi inkişafın nəticələrinə və inflyasiyanın səviyyəsinə əsaslanaraq təyin olunmalıdır. Hər bir dövlətin özünün milli valyutasını dövriyyədə saxlamaq hüququ ilə, onun milli valyutasından başqa, daxili bazarında digər valyutaların, o cümlədən VDV-nin dövriyyəsi qadağan olunmalıdır. Bu çox vacib bir şərtdir və pul vəsaitinin alver alətinə çevrilməsinin qarşısını almaq üçün bir vasitədir. Dövlətlər və eləcə də şirkətlər arasında aparılan bütün xarici ticarət əməliyyatları zamanı hesablaşmalar VDVB tərəfindən həyata keçirilir. Lakin Bank kredit siyasəti həyata keçirməyəcək: VDVB dövlətlərarası ali maliyyə nəzarət orqanı statusuna malik olur və onun ali idarə heyəti iştirakçı dövlətlər tərəfindən beş ildən bir seçilir. VDVB-nin hər bir dövlətdə nümayəndəliyi açılır və bu nümayəndəliyə həmin ölkənin ərazisində beynəlxalq ticarət əməliyyatları zamanı vahid valyutaya nəzarət funksiyası həvalə edilir. Hər bir dövlət üçün ayrıca vahid valyuta kvotası müəyyən olunur. İlk mərhələdə kvotanın miqdarı hər dövlət üçün onun daxili və xarici bazarında yerləşən qeyri-valyutaların və qiymətli kağızların həcminin ABŞ dollarına olan ekvivalentinə bərabər təyin edilir. Ölkələrin daxili dövriyyəsində olan milli valyutanın miqdarı müəyyən edilən zaman, ona məxsus olan VDV-nin həcmi də likvid aktiv kimi nəzərə alınır. Ölkələrarası səyahət zamanı vətəndaşlar sərhədi keçən zaman öz milli valyutasını, vahid dünya valyutası vasitəsi ilə gedəcəyi ölkənin valyutasına çevirmək imkanına malik olurlar. Bu zaman həmin məbləğ vahid valyutaya çevrilərək, ərazisindən çıxdığı dövlətin vahid valyuta kvotasından azalaraq, gedəcəyi dövlətin kvotasının həcminə qatılır və s. Beləliklə, bir dövlətin digər dövlətdə yerləşən təbii sərvətlər hesabına bəhrələnməsi prosesinə son qoyulur.
Daha sonra qeyd etmək lazımdır ki, yeni iqtisadi sistem hər hansı bir dövlətin daxili bazarında gedən iqtisadi proseslərin, başqa bir dövlətin iqtisadi inkişafına mənfi təsirini sıfıra endirir. Bu çox vacib bir amil olaraq, hər bir dövlətə öz daxili bazarında gedən iqtisadi proseslərə tam nəzarət etmək imkanı yaradır. Belə olduğu halda, hər bir ölkə inkişaf yolunu öz milli mənafeyinə uyğun seçir və dövlətlərarası azad rəqabət prinsipi ilə inkişaf edir. Beləliklə, təklif olunan iqtisadi modelin əhəmiyyəti onu deməyə əsas verir ki, bu modelin mənfi cəhətləri sıfıra bərabərdir. Yeni modelin əsas müsbət cəhətlərindən biri ondan ibarətdir ki, müasir dünya XX əsrdə qarşılaşdığı hərbi, siyasi, etnik, iqtisadi bəlalardan birdəfəlik «yaxasını» qurtararaq, XXI əsrdə inkişafa doğru daha inamla addımlamaq imkanı tapır.
Bütün bu qeyd olunanlar yalnız bir konsepsiya xarakteri daşıyır. Bu konsepsiya layihəsini təkmilləşdirərək iqtisadi modelə çevirmək üçün mütəxəssislərin iştirakı ilə beynəlxalq konfransların təşkili və daha geniş müzakirələrin aparılması məqsədəuyğundur.
«Bizim Vətən» İnformasiya Mərkəzinin direktoru,
iqtisadçı-analitik Köçəri Həsənov,
xüsusi olaraq «APA-Economics» üçün

Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib