Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Yanvarda Azərbaycanda qiymətlər 1,54% düşüb

İqtisadi Tədqiqatlar Mərkəzi: Yanvarda Azərbaycanda qiymətlər 1,54% düşüb
# 17 fevral 2009 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,54% azalıb. Bakıda deflyasiya 2,06%, regionlarda isə 1,04% təşkil edib. Əmtəə qrupları üzrə ən yüksək deflyasiya ərzaq məhsulları (2,31%) üzrə müşahidə olunub.
Tədqiqat aparılan dövr ərzində deflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,77%, xidmətlər üzrə isə 0,49% təşkil edib. Yanvar ayında 2008-ci ilin yanvarı ilə müqayisədə istehlak qiymətləri indeksi (İQİ) 10,72% artıb.
Müşahidə nəticəsində məlum olub ki, yanvar ayında əvvəlki ayla müqayisədə ən çox ucuzlaşma ərzaq məhsulları üzrə mal ciyəri (11,55%), kərə yağı (10,92%), günəbaxan yağı (9,79%), qarğıdalı yağı (6,46%), toyuq (9,77%), sümüklü mal əti (6,24%), sümüklü qoyun əti (6,10%), qeyri-ərzaq məhsulları üzrə isə sement (9,41%), elektrik dreli (5,37%), 750 əyarlı qızıl üzük (1,17%) üzrə olub. Ən çox bahalaşma isə ərzaq məhsullarından təzə xiyar (22,89%), heyva (17,38%), nar (14,40%), qeyri-ərzaq məhsullarından analgin (18,62%), xidmətlərdən isə dəfn mərasimi üçün çadır kirayəsində (5,20%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR