Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu xarici menecerlərlə əməkdaşlığı minimuma endirəcək

Azərbaycan Dövlət Neft Fondu xarici menecerlərlə əməkdaşlığı minimuma endirəcək
# 17 fevral 2009 13:15 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov - APA-Economics. Dünya maliyyə böhranı şəraitində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xarici menecerlərin idarəetməsində olan aktivlərinin həcmini minimuma endirmək qərarına qəlib. Hazırda Fond vəsaitlərinin 8%-i xarici menecer şirkətləri tərəfindən idarə olunur.
ARDNF-in İcraçı direktoru Şahmar Mövsümovun fikrincə, qlobal maliyyə bazarlarında olan çətinliklər səbəbindən vəsaitlərin xarici menecerlərin idarəçiliyində qalması lazımi səmərəni vermir. Bu zaman, xarici menecerlərin idarə etdiyi aktivlərdən fərqli olaraq, Fondun özü tərəfindən idarə olunan vəsaitlər üzrə daha çox gəlirlik əldə olunur. Belə ki, 2008-ci ildə ARDNF-in idarəetmədən əldə etdiyi gəlirlik illik 4% təşkil etjiyi halda, xarici menecerlərdən olan gəlirlilik illik 0%-ə bərabər olub. Yaranan vəziyyət əsasən xarici menecerlərin xidmətlərinə çəkilən xərclərlə bağlıdır. Nəticədə, Fondun vəsaitləri üzrə ortaçəkili gəlirlilik illik 3,79% təşkil edib. Lakin qlobal maliyyə böhranı şəraitində ARDNF sərmayə portfelində istifadə etdiyi maliyyə alətlərinin diversifikasiyası məqsəd ilə xarici menecerlərin xidmətlərindən tam imtina etməyəcək.
Eyni zamanda, ARDNF ehtiyatlarının xarici valyutalar kompoziyası üzrə bu il «neytral» mövqe tutacaq. Ş.Mövsümova istinadən bildirilir ki, Fondun vəsaitlərinin 50%-i ABŞ dolları, 50%-i isə digər valyutalarda qalacaq. Nəticədə, ABŞ dollarının məzənnəsi dəyişkən olsa da, ehtiyatların həcmi və onların alıcılıq qabiliyyəti sabit qalacaq.
Xatırladaq ki, cari ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 11 219,2 mln. ABŞ dolları təşkil edib. Fondun valyuta portfelinin strukturunda bütün vəsaitlərin 52,67%-i dollar (USD), 42,95%-i avro, 4,38%-i Britaniya funt sterlinqində saxlanılıb.
Qeyd edək ki, ARDNF-in aktivlərinin ümumi məbləğindən 93,79%-i və yaxud 10,43 mlrd. ABŞ dolları qiymətli kağızlara, 3,5%-i depozit və pul bazarı alətlərinə, 1,8%-i qısamüddətli kommersiya kağızlarına, 0,91%-i isə bank hesablarında yerləşdirilib.
ARDNF-in vəsaitləri «Clariden» və «Deutche Asset Management» şirkətləri, eləcə də Dünya Bankı tərəfindən idarə olunub. Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 231,2 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR