Bank Of Baku

«AIG Caspian İnsurance» martın əvvəlindən ASC kimi fəaliyyət göstərəcək

«AIG Caspian İnsurance» martın əvvəlindən ASC kimi fəaliyyət göstərəcək
# 18 fevral 2009 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» (AIG Caspian İnsurance) Azərbaycan-ABŞ Məhdud Məsuliyyətli sığorta şirkəti bu ilin fevral ayının sonunda Açıq Səhmdar Cəmiyyətə (ASC) çevriləcək.
Şirkətin baş direktoru Viladi Maniyevin «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin statusunun ASC-yə çevrilməsi ilə bağlı müvafiq sənədlər yaxın günlərdə Vergilər Nazirliyinə təqdim olunacaq. Bununla da şirkət mart ayının əvvəlindən ASC formasında fəaliyyət göstərəcək.
Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanuna əsasən, ölkədəki bütün sığorta təşkilatları ASC formasında fəaliyyət göstərməlidir. Bununla bağlı şirkətlərə bu ilin mart ayının 15-dək vaxt verilib və bu müddət ərzində həmin şirkətlər statusunu dəyişərək ASC-yə çevrilməlidir. Həmin müddət ərzində öhdəliyi yerinə yetirməyən sığorta şirkətlərinin lisenziyaları məhdudlaşdırılacaq və onlara əlavə 6 ay vaxt veriləcək. Bu müddət ərzində də şirkət öz öhdəliyini yerinə yetirməzsə, bu halda sığorta şirkətinin lisenziyası tamamilə ləğv ediləcək.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yalnız 3-ü («MBASK», «Beynəlxalq Sığorta Şirkəti» və «AİG Caspian İnsurance») QSC və MMC statusu ilə fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir ki, bunların 2008-ci il ərzində topladığı məcmu sığorta haqlarının həcmi 179,26 mln. manat, ödənişləri isə 49,81 mln. manat olub.
Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) çıxış edir. Şirkətin ötən il ərzində topladığı sığorta haqlarının həcmi 1,625 mln. manat, ödənişləri 177,311 min manat, mənfəəti isə 96 min manat olub. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR