Bank Of Baku

Azərbaycanla Türkiyə arasında qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub
# 18 fevral 2009 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Türkiyə Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan ofisinin rəhbəri Əbu-Bəkir Çeliyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi qiymətli kağızlar bazarının inkişafı və bu sahədə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub. Görüşdə Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrinin artan xətlə inkişaf etdiyini vurğulayan R.Aslanlı qonaqlara ölkənin qiymətli kağızlar bazarı haqqında ətraflı məlumat verib. R.Aslanlı həmçinin bildirib ki, QKDK tərəfindən hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), İslam İnkişaf Bankı kimi bir sıra beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və birgə layihələr reallaşdırılır.
Öz növbəsində Ə.Çelik hazırda Azərbaycanda əsasən dövlət, qeyri-hökumət qurumları və təhsil ocaqları ilə maarifləndirmə və tədris sahəsində bir sıra birgə layihələrin həyata keçirdiyini qeyd edib və bildirib ki, QKDK ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacaq.
Görüşdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində depozitar və birja fəaliyyətinin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarına dair tədris mərkəzinin yaradılması, ölkələrarası mütəxəssis mübadiləsinin təşkil edilməsi və digər qarşılıqlı məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR