Bank Of Baku

AGBI indeksi 0,8445, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,8445, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 18 fevral 2009 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1557 bənd və ya 15,57% azalaraq 2009-cu ilin fevral ayının 18-nə 0,8445 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin kəskin azalması fevralın 17-də iki istiqraz buraxılışının ödənişi aparılaraq dövriyyədən çıxarılması nəticəsində baş verib. Buraxılışlar üzrə məcmu ödəniş 28,668 mln. manat təşkil edib, yəni dövriyyədə olan istiqrazların həcmi bu məbləğdə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR