Bank Of Baku

Martın sonunda «Kapital Bank»ın səhmdarlarının növbəti yığıncağı keçiriləcək

Martın sonunda «Kapital Bank»ın səhmdarlarının növbəti yığıncağı keçiriləcək
# 18 fevral 2009 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayının 31-də «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın idarəetmə orqanları – Müşahidə Şurası və Audit Komitəsinin yeni tərkibinin seçilməsi və digər cari məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) daxil.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 577,590 mln. manat, depozit portfeli 481,974 mln. manat, kredit portfeli 365,847 mln. manat, məcmu kapitalı 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR