Bank Of Baku

Azərbaycandakı bank kredit təşkilatlarının aktivlər üzrə renkinqi

Azərbaycandakı bank kredit təşkilatlarının aktivlər üzrə renkinqi
# 18 fevral 2009 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2009-cu ilin yanvar ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə hazırladığı renkinqlərin açıqlanmasına başlayır.
Layihənin əsas məqsədi ölkə banklarının işgüzar fəaliyyəti və onun maliyyə-təsərrüfat nəticələri haqqında ictimaiyyətin və potensial sərmayədarların məlumatlandırılmasıdır.
Layihənin ilk komponenti bankların aktivlərinin həcmi üzrə renkinqdir. Aşağıda göstərilən cədvəldə banklar 2009-cu il yanvar ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:

(mln. AZN)


Banklar

Aktivlər

1

Azərbaycan Beynəlxalq Bankı

4 369, 751

2

Bank Standard

619,085

3

Kapital Bank

577,590

4

Texnikabank

450,100

5

UniBank

417,563

6

Xalg Bank

403,710

7

Bank Respublika

387,875

8

Nikoil Bank

294,700

9

Azerdemiryolbank

224,698

10

AGBank

211,216

11

AccessBank

198,863

12

Paşa Bank

198,254

13

Bank of Baku

183,886

14

YapıKredi Bank Azerbaijan

173,628

15

AtaBank

152,844

16

Zamin Bank

135,577

17

Bank of Azerbaijan

108,756

18

Royal Bank

101,926

19

Muğan Bank

100,747

20

Rabitabank

94,425

21

Turan Bank

84,211

22

Azərbaycan Sənaye Bankı

78,029

23

Para Bank

65,552

24

Əmrahbank

62,396

25

Azər-Türk Bank

45,783

26

Bank Avrasiya

45,171

27

Birlik Bank

40,637

28

NBCBank

39,832

29

Kredo Bank

37,074

30

Atrabank

35,181

31

United Credit Bank

32,351

32

Qafqaz İnkişaf Bankı

32,338

33

Debut Bank

31,505

34

Gəncəbank

30,916

35

Deka Bank

27,359

36

Günay Bank

27,162

37

Azərbaycan Kredit Bankı

26,908

38

Melli İran Bankı Bakı

19,805

39

Kövsər Bank

17,245



Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 39 bankın aktivləri əks olunub. Bu, digər bankların, xüsusən də «Azərnəqliyyatbank» və «Silkway Bank»ın KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini vaxtında təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin həcminə görə sıralanan renkinqdə, gözlənildiyi kimi, ilk yeri ölkə və regionun ən iri kredit təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bankın aktivlərinin durmadan artması kredit fəalliyyətinin dayandırılmaması, filial şəbəkəsinin geniş olması, dövlət qurumlarına xidmət göstərməsi və digər obyektiv səbəblərlə bağlıdır.
Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 5,452 mlrd. ABŞ dolları) ölçülür və bütünlükdə bank sisteminin məcmu aktivlərinin 43%-ni təşkil edir. İlk onluqda yer tutan banklarıın aktivləri isə ümumi hesabda 7,96 mlrd. manata çatıb və məcmu həcmin 77,5%-nə bərabərdir.
Maraqlıdır ki, renkinqdə ilk onluq dəyişməz qalib, yalnız bir neçə yerdəyişmə baş verib. Belə ki, «Kapital Bank» ötən il ərzində iki pillə yüksələrək 3-cü yerdə, «Xalq Bank» isə bir pillə yüksələrək 6-cı yerdə qərarlaşıb.
Cədvəldən göründüyü kimi, yalnız 10 bankın aktivlərinin həcmi 200 mln. manat (01.01.2009-cu il vəziyyətinə - 249,532 mln. ABŞ dolları), 19 bankın aktivləri - 100 mln. manat (124,766 mln. ABŞ dolları), daha 5 bankın aktivlərinin həcmi isə 50 mln. manat (62,383 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR